Sionist rejim 20-dən çox çirkli bombanı sınaqdan keçirib
İyun 09, 2015 10:36 Asia/Baku
Sionist rejim qəsəbələrə ehtimal olunan hücumların nəticələrini araşdırmaq bəhanəsi ilə çirkli bomba adlanan 20-dən çox təhlükəli bombanı istehsal edib və sınaqdan keçirib.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sionist Haarets qəzeti bazar ertəsi günü xüsusi bir məlumatda yazıb: İsrail 2010-cu ildən Dimona nüvə reaktorunda başlatdığı Yaşıl Meydan adlı projenin bir hissəsi olaraq ən azı 20 bombanı partladıb və onun təsirlərini araşdırıb."Çirkli bomba" və yaxud "radioloji şüanın yayılması bombası" qeyri-nüvə partlayışında şüalanma və mühiti çirkləndirmək üçün istifadə olunan partlayıcı silahdır.
Sionist rejim fələstinlilərə hücumda, xüsusilə də Qəzzə əleyhinə 22 və 50 günlük müharibələrdə dəfələrlə qeyri-adi və qadağan olunmuş bombalardan sivillərə qarşı istifadə edib.
Həmçinin bu rejim Yəmən vətəndaşlarına hücum üçün qadağan olunmuş bombaları Ali-Səud rejiminə verib.