Ərəbistan və Bəhreyn ordularının Yəmənə ilk quru hücumları məğlubiyyətə uğradı
İyun 09, 2015 12:44 Asia/Baku
-
Ərəbistanın Yəmənə ilk quru hücumu məğlubiyyətə uğrayıb
Yəmən ordusu Ərəbistanın bu ölkə ərazisinə ilk quru hücumunu dəf edib.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Yəmən ordusu xalq qüvvələrinin dəstəyi ilə Ərəbistanın quru qüvvələrinin Yəmənin şimalında Hirz sərhəd bölgəsinə nüfuz etməklə bağlı ilk səylərini məğlubiyyətə uğradıb.Bu məlumata görə, Yəmən və Ərəbistan arasında sərhəd bölgələr analoqu olmayan döyüşlərin şahidi olub və Yəmən xalq komitələri bu bölgələrdə geniş şəkildə yerləşiblər.
Küveytin əl-Cəridə internet portalı da bildirib ki, Bəhreynin quru qüvvələri analoqu olmayan şəkildə Ərəbistan ərazisinə daxil olaraq Yəmən sərhədlərində yerləşiblər.
Bəhreyn qüvvələrinin Ərəbistan və Yəmən sərhədlərində yerləşməsi elə bir haldadır ki, Ərəbistan Yəmənlə sərhədlərdə öz hərbçilərinin sayını artırdığını bildirib.