Braziliya səfiri Türkiyə XİN-ə çağırıldı
İyun 09, 2015 17:45 Asia/Baku
-
Braziliya səfiri Türkiyə XİN-ə çağırıldı
Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Braziliya səfiri XİN-ə çağırılıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Braziliya Senatında 1915-ci ildə Osmanlı hökuməti tərəfindən ermənilərin "soyqırımı"nın tanınması ardınca Türkiyə XİN Braziliyanın Ankaradakı səfirini XİN-ə çağırıb.Türkiyə bununla yanaşı Braziliyadakı səfirini də məsləhətləşmə üçün geri çağırıb.
Türkiyə XİN bir bəyanatda 1915-ci il olayları barədə Braziliya Senatının qətnaməsini pisləyib.
Ankara Braziliya Senatının qətnaməsini tarixi reallıqların ziddinə və məsuliyyətsiz addım qiymətləndirib.
Ermənilər iddia edirlər ki, onların babalarından minlərlə nəfər Osmanlı dövründə məcburi mühacirət ardınca öldürülüb. Türkiyə hökuməti isə bunu rədd edir.
Ermənilərin qırğınını "soyqırımı" kimi tanıyan bir sıra Avropa ölkəsi də Türkiyənin etirazı ilə üzləşib.