İyun 10, 2015 08:38 Asia/Baku
  • İraqda bir qrup İŞİD terrorçusu daxili döyüşlərdə öldürülüb
    İraqda bir qrup İŞİD terrorçusu daxili döyüşlərdə öldürülüb

İraqlı təhlükəsizlik mənbələri dünən bildiriblər ki, Fəllucə şəhərində terrorçu İŞİD qrupunun başçıları arasındakı daxili çəkişmə onlardan bir qrupunun ölümü ilə nəticələnib.

Bu mənbələr əlavə ediblər ki, Fəllucə şəhərində terrorçu İŞİD qrupunun bir qrup ünsürü məhdud ixtiyarlar üstündə kəskin ixtilafa düçar olub və ixtilafların şiddətlənməsi onların arasında silahlı toqquşma ilə nəticələnib; nəticədə səkkiz nəfər ölüb, iki nəfər də yaralanıbdır.
İordaniyanın rəsmi Petra xəbər agentliyinin məlumatına görə, Fəllucə şəhərində terrorçu qruplar bir neçə hərəkat, qrup və kiçik məcmuələrə bölünüblər. Bu məsələ onların arasında ixtilafların şiddətlənməsinə bais olub.
İŞİD daxili ixtilafların şiddətlənməsinə görə, böyük təzyiq altındadır.

Teqlər