Ərəbistanın hücumlarında onlarla yəmənli həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194690-Ərəbistanın_hücumlarında_onlarla_yəmənli_həlak_olub
Ərəbistanın Yəmənə qarşı hücumlarının davamında yəmənli mülkilərdən daha onlarla nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 08:09 Asia/Baku
  • Ərəbistanın hücumlarında onlarla yəmənli həlak olub
    Ərəbistanın hücumlarında onlarla yəmənli həlak olub

Ərəbistanın Yəmənə qarşı hücumlarının davamında yəmənli mülkilərdən daha onlarla nəfər həlak olub.

Səhər kanalının məlumatına görə, səudiyyə qırıcıları dünən Yəməndə bir neçə vilayətin, o sıradan Səədə-nin müxtəlif məntəqələrini bombalayıblar ki, nəticədə bir qrup vətəndaş həlak olub və infrastrukturlara, şəhər təsisatlarına və mənzillərə böyük maddi xəsarətlər dəyibdir.
Həmçinin səudiyyə qırıcıları Səədə vilayətindəki Razix şəhərində bir yanacaqdoldurma məntəqəsini hədəfə alıblar ki, nəticədə onlarla avtomobil alovlanıbdır.
Səudiyyə qırıcıları Şəda şəhərində bir neçə ev və mağazanı bombalayıb və Mərvan şəhərində bir məscidi hədəfə alıblar.
Ərəbistanın Yəmənə qarşı hücumları Ənsarullah inqiblabçılarını zəiflətmək və Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq məqsədilə cari il martın 26-dan başlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Ərəbistanın Yəmənə qarşı hücumlarında indiyədək 2 mindən çox insan həlak olub.