İyun 10, 2015 14:58 Asia/Baku
  • Türkiyə ərazisində NATO ölkələri ilə Pakistanın birgə manevri
    Türkiyə ərazisində NATO ölkələri ilə Pakistanın birgə manevri

Bu gün Türkiyənin mərkəzi hissəsində, Konya çölündə Pakistanın iştirakı ilə NATO ölkələrinin "Anadolu qartalı" adlı birgə manevri başlanıb.

IRNA-nın Huriyyət xəbər portalına istinadlı məlumatına görə, bu manevr ABŞ, Türkiyə, İspaniya, İngiltərə, Almaniyanın üçlü qüvvələri və Pakistan qüvvələrinin iştirakı ilə keçirilir.
Bu manevrdə məqsəd, logistik və döyüş əməliyyatının məşq edilməsi və iştirakçı ölkələr, xüsusən Türkiyə və Amerikanın hava qüvvələri arasında taktiki həmkarlığın artırılması elan olunub.
Belə bir halda, PENTAQON sözçüsü polkovnik Stiv Varen "Anadolu qartalı" manevrinin çərşənbə axşamı günü başlanması və on gün davam edəcəyindən xəbər verib.
Amerika bu manevrdə on iki F-15 qırıcısı ilə iştirak edir.

Teqlər