Səudiyyəli qüvvələr Yəmən sərhədindən qaçmağa başlayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194728-səudiyyəli_qüvvələr_yəmən_sərhədindən_qaçmağa_başlayıblar
Səudiyyə Ərəbistanının quru qüvvələri Bəhreyn qüvvələrinin əməkdaşlığı ilə Nəcran vilayətinin əl-Şərəfə məntəqəsində yəmənlilərə məğlub olduqdan sonra qaçmağa başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 05:29 Asia/Baku
  • Ərəbistan hərbçiləri Yəmənlə sərhəddən qaçırlar
    Ərəbistan hərbçiləri Yəmənlə sərhəddən qaçırlar

Səudiyyə Ərəbistanının quru qüvvələri Bəhreyn qüvvələrinin əməkdaşlığı ilə Nəcran vilayətinin əl-Şərəfə məntəqəsində yəmənlilərə məğlub olduqdan sonra qaçmağa başlayıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Yəmən qüvvələri Nəcranda Ərəbistanın bir hərbi mərkəzini məhv edib və ələ keçiriblər.
Yəmənlilər Yəmən bayrağını bu hərbi bazaya sancaraq öncəki mövqelərinə qayıdıblar.
Həmçinin iki ölkə sərhədində gedən döyüşlərdə yəmənlilər Ərəbistanın bir neçə tankı və hərbi avtomobilini məhv ediblər.
Bəzi Yəmən mənbələri ötən günkü dyüşlərdə Ərəbistanın bir qırıcısının vurulduğunu bildiriblər. Lakin rəsmi mənbələr hələlik bu xəbəri təsdiqləməyiblər.
Yəmən qüvvələri Ərəbistanın cənubunda əl-Əsir məntəqəsi, Cazan vilayətində bir hərbi bazanı da raketlə hədəfə alıblar.
Yəmənlilər həmçinin əl-Dəxan və Eynül-Harrə yüksəkliklərində səudiyyəli sərhədçilərə hücum ediblər.
Quru döyüşlərdə məğlubiyyətlərdən qəzəblənən səudiyyəlilər F-15 və F-16 qırıcı təyyarələrinin Yəmənin yaşayış massivlərinə hücumlarını artırıblar.
Son məlumatlara görə, Ərəbistanın hava hücumları nəticəsində ötən 24 saat ərzində ən azı 100 nəfər şəhid olub. Ali-Səudun hava hücumlarının əsas qurbanları uşaqlar və qadınlardır.