Ərəbistan Krallığı hava qüvvələrinin komandanının şübhəli ölümü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194730-Ərəbistan_krallığı_hava_qüvvələrinin_komandanının_şübhəli_ölümü
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bu ölkənin hərbi hava qüvvələrinin komandanı general Məhəmməd İbn Əhməd əl-Şəlanın ölümünün səbəbini infarkt adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 05:46 Asia/Baku
  • Ərəbistan HHQ komandanının şübhəli ölümü
    Ərəbistan HHQ komandanının şübhəli ölümü

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bu ölkənin hərbi hava qüvvələrinin komandanı general Məhəmməd İbn Əhməd əl-Şəlanın ölümünün səbəbini infarkt adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu xəbər elə bir halda yayılıb ki, Səudiyyə Ərəbistanı 76 gündür Yəmənin istefa vermiş fərari prezidentini geri qaytarmaq bəhanəsi ilə bu ölkənin müxtəlif bölgələrini bombardman edir. Bu arada Yəmənin infrastrukturları, məzlum və müdafiəsiz yəmənlilərin şəhid olmasında daha çox Ərəbistanın hərbi hava qüvvələri rol oynayıblar.
Ərəbistan Müdafiə Nazirliyi qısa bir bəyanatda Yəmənə təcavüzün əsas məsulu olan Ərəbistan Hərbi Hava Qüvvələri komdanının ölüm xəbərini yayımlayıb.
Ərəbistan Müdafiə Nazirliyinin bəyanatında bildirilir: Cərrahiyyə əməliyyatı üçün xaricə gedən bu ölkənin HHQ komandanı Məhəmməd İbn Əhməd əl-Şəaln infarkt nəticəsində vəfat edib.
Bu bəyanatda əl-Şəlanın cərrahiyyə əməliyyatının detalları və yaxud bu əməliyyat üçün hansı ölkəyə səfər etməsinə münasibət bildirilməyib.