Qəzzə zolağının böhranlı olması barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194732-qəzzə_zolağının_böhranlı_olması_barədə_xəbərdarlıq
Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən biri mühasirənin davam etməsi, keçidlərin bağlı olması və bu bölgənin dağıdılan binaların təmir olunmamasına görə Qəzzə zolağının vəziyyətinin böhranlı olması barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 06:03 Asia/Baku
  • Qəzzə zolağının vəziyyəti acınacaqlıdır
    Qəzzə zolağının vəziyyəti acınacaqlıdır

Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən biri mühasirənin davam etməsi, keçidlərin bağlı olması və bu bölgənin dağıdılan binaların təmir olunmamasına görə Qəzzə zolağının vəziyyətinin böhranlı olması barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən biri Xalid əl-Bətş deyib: 50 günlük Qəzzə müharibəsinə son qoymaq üçün Qahirədə irəli sürülən anlaşmaya əsasən ikitərəfli atəşkəs keçidlərin açılması, Qəzzənin infrastrukturlarının bərpası və bölgə əhalisinin dünya ilə əlaqə qurmasına şəraitin yaradılması şərti ilə imzalandı.
Əl-Bətş əlavə edib: Düşmən İsrail indiyə qədər mühasirəyə son qoymayıb və Qəzzə zolağının bərpasına şərait yaratmayıb və hələ də didərginlərin evləri məhv olmuş vəziyyətdədir. Onlar qeyri-münasib şəkildə yaşayırlar.
Əl-Bətş bildirib: Əgər düşmən Qahirə anlaşmasına sadiq deyilsə, Qəzzə zolağında vəziyyətin acınacaqlı olmasında məsuliyyət daşıyır.