Yəmən ordusu Ərəbistanın cənubunda bəzi bölgələrə nəzarəti ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194746-yəmən_ordusu_Ərəbistanın_cənubunda_bəzi_bölgələrə_nəzarəti_ələ_keçirib
Yəmən ordusu Səudiyyə Ərəbistanının cənubunda iki sərhəd məntəqəsinə nəzarəti ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 12:54 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın cənubunda bəzi bölgələrə nəzarəti ələ keçirib
    Yəmən ordusu Ərəbistanın cənubunda bəzi bölgələrə nəzarəti ələ keçirib

Yəmən ordusu Səudiyyə Ərəbistanının cənubunda iki sərhəd məntəqəsinə nəzarəti ələ keçirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Yəmənin hərbi mənbələri bu gün bu ölkə ordusu və xalq qüvvələrinin Ərəbistanın Yəmənlə sərhədində Cazan vilayətinin əl-Xubə bölgəsində əl-Dud dağı və əl-Qaviyəni ələ keçirdiklərini bildiriblər.
Yəmən ordusu və xalq qüvvələri bu gün həmçinin Cazanda Dəxan və əl-Rəmih dağları və əl-Rədif sərhəd postuna hücum ediblər.
Həmçinin Ərəbistan ötən gün Yəmən ordusu ilə döyüşlərdə iki hərbçisinin öldürüldüyünü təsdiqləyib.
Ərəbistan bildirib ki, hərbçilərindən iki nəfəri çərşənbə gecə Cənubi Cazan sərhədlərinin əl-Hürrəs məntəqəsində yəmənli sərhəçilərlə döyüşdə öldürülüb.
Digər tərəfdən Səudiyyə Ərəbistanı qırıcı təyyarələri ötən gecə bir daha Yəmənin cənubunda Təiz şəhərinə hücum ediblər. bu hücumda ən azı 10 nəfər həlak olub, 110 nəfər də yaralanıb.
Bu arada əl-Hədəs televiziyası da bildirib ki, Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin qüvvələrinin komandanlarından Məhəmməd Hüseyn Əşal bu ölkənin cənubunda Təiz şəhərində Ənsarullah Hərəkatı qüvvələri ilə döyüşdə öldürülüb.
Əşal Təiz şəhərinin şərqində minaatandan açılan atəş nəticəsində ölüb.