Əsəd terrorizmlə mübarizədə Suriya xalqının əzmkarlığını vurğulayıb
İyun 11, 2015 15:58 Asia/Baku
-
Bəşşar Əsəd
Suriya prezidenti bildirib: Bu ölkə xalqı öz tarixi və mədəni prinsiplərinə sadiq qalaraq terrorçularla mübarizə aparır.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Nəşrə xəbər portalına istinadla verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd bu gün deyib: Regionda və Suriyada təkfirçi terrorizmin təcavüzkarlığında məqsəd regionun çeşidli quruluşunu dağıtmaqdır. Lakin Suriya xalqı öz tarixi, mədəni prinsipləri və əsil köklərinə sadiq qalaraq terrorçuların dağıdıcı hərəkətləri qarşısında uğurlu addım atdı.Dünyanın Ortodoks Kilsələri Şurasının üzvləri ilə görüşən Əsəd əlavə edib: xalqlar və sərhədlər arasında fərq qoymayan terrorçu tfəkkürləri ilə qarşılaşmada əsas amil ilahi dinlərin vurğuladıqları əxlaqi dəyərlərə sadiq qalmaqdır.
Teqlər