İyun 12, 2015 09:35 Asia/Baku
  • Səudiyyəli və bəhreynli hərbçilər əsir götürülüb
    Səudiyyəli və bəhreynli hərbçilər əsir götürülüb

Yəmən mənbələri bu ölkə ordusu və xalq qüvvələri ilə döyüşdə bir qrup ərəbistanlı və bəhreynli hərbçinin əsir götürüldüyünü bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Yəmən qəbilələri cümə günü bu ölkənin Ərəbistanla sərhədində ən azı 10 səudiyyəli və bəhreynli hərbçini əsir götürüblər.
Bu döyüşlərdə həmçinin bir qrup səudiyyəli və bəhreynli hərbçi öldürülüb və ya yaralanıb.
Yəmənin rəsmi informasiya agentliyi də bildirib ki, bu ölkə ordusu və xalq qüvvələri Marib vilayətində əl-Qaidə terrorçuları və Sələfi əl-İslah partiyası yaraqlılarının işğal etdikləri mövqeləri geri alıblar.
Bu məlumata görə, əl-Qaidə terrorçuları ötən gecə çalışıblar ki, Marib şəhərinin daxilində bəzi məntəqələrdə ordu, təhlükəsizlik və xalq qüvvələrinin mövqelərinə hücum etsinlər. Lakin bu hücumun qarşısı alınıb və onlarla terrorçu öldürülüb və yaralanıb.
Digər tərəfdən Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin şimalında yerləşən Sədə vilayətində əl-Qədəm məntəqəsinə hücumda 10 sivil həlak olub.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri həmçinin iki dəfə Ədən vilayətinin əl-Təvahi və Xurməksər məntəqəsini bombardman ediblər.

Teqlər