İyun 12, 2015 10:08 Asia/Baku
  • BMT Rəfəh keçidinin daimi açıq qalmasını istəyib
    BMT Rəfəh keçidinin daimi açıq qalmasını istəyib

BMT-nin Yaxın Şərq Sülh müzakirələrindəki nümayəndəsi Qəzzənin cənubunda Rəfəh keçidinin daimi şəkildə açılmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadən verdiyi məlumata görə, BMT baş katibinin Yaxın Şərq sülh müzakirələri üzrə xüsusi nümayəndəsi Nikolay Meladinov cümə axşamı günü Misir hökumətinin Rəfəh keçidinin Qəzzə zolağı sakinlərinə müvəqqəti açılmasına dair qərarına toxunaraq ümidvarlıq edib ki, bu keçid keçmişdə olduğu kimi həmişə Qəzzə sakinlərinin üzünə açıq qalacaq və onlar dünya ilə əlaqə qura biləcəklər.
Misir hökuməti rəsmiləri Fələstin rəsmiləri ilə danışıqların ardınca çərşənbə günü Rəfəh keçidinin 3 gün müddətinə açılmasına qərar verdilər.
BMT baş katinin xüsusi nümayəndəsi ümidvarlıq edib ki, təhlükəsizlik şəraiti bu keçidin uzun müddətə açıq qalmasına imkan yaradacaq.
BMT nümayəndəsi bildirib ki, hələ də yaxın gələcəkdə Qəzzə əhalisinin məhsulları və ehtiyac duyduğu vasitələrin daxil olduğu bu keçidə nəzarət bir daha fələstinlilərin öhdəsində olacağına ümid bəsləyir.
Ban Ki Munun nümayəndəsi bildirib: Fələstin xalqının əzab-əziyyətinə son qoyulmasının yeganə yolu sionist rejim tərəfindən ərazilərin işğalına son qoymaqdır.

Teqlər