Ərəbistanın Yəmənə hava hücumları davam edir
İyun 12, 2015 05:49 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hava hücumları və bu ölkə vətəndaşlarının qətlə yetirilməsi davam edir.
Səhər Beynəlxalq Televiziyasının Almaniya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri ötən gecə bir daha Yəmən paytaxtı Sənanın müxtəlif bölgələrini bombardman ediblər. Sənanın qərbində Əyban dağlarının hədəfə alınması nəticəsində partlayış səsləri bütün ərazidə eşidilib.Məlumatlı mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri həmçinin Sənanın mərkəzində Şüub məntəqəsində bir toxuculuq sexini hücumlara məruz qoyub və onu dağıdıblar.
Ərəbistanın Yəmənə hava hücumları elə bir haldadır ki, Yəmənin cənubunda inqilabçılarla silahlı terrorçular arasında gedən döyüşlərdə onlarla nəfər həlak olub.
Həmçinin Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr cümə axşamı günü Ərəbistan paytaxtı Ər-Riyadda Yəmənə hücumların davam etməsini vurğulayıb və bildiriblər ki, Yəmən xalq qüvvələri öz mövqelərindən geri çəkilməyənə qədər bu hücumlar davam edəcək.
Ərəbistan 26 martdan Yəmənə hava hücumlarına başlayıb və bu hücumlarda minlərlə yəmənli həlak olub və yaralanıb.
Teqlər