İyun 12, 2015 14:13 Asia/Baku
  • Sionistlər fələstinli balıqçılara hücum ediblər
    Sionistlər fələstinli balıqçılara hücum ediblər

Sionist rejimin hərbi qayıqları Qəzzədə atəşkəsi pozaraq bu zolağın sahillərində fələstinli balıqçılara doğru atəş açıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, sionist rejimin hərbi qayıqları cümə günü pulemyotlarla Qəzzə zolağının sahillərində fələstinli balıqçıların qayıqlarını atəşə tutublar. Bu hücumun ehtimal olunan tələfatı barədə məlumat verilməyib. Sionist rejim hərbçiləri davamlı şəkildə fələstinli balıqçılara hücumlar edir və bu hücumlar nəticəsində indiyə qədər bir çox fələstinli balıqçı şəhid olub və yaralanıb.
Sionist rejim ötən il ən azı 2300 fələstinlinin şəhid olması və 11000 nəfərin yaralanması ilə nəticələnən Qəzzə zolağına qarşı 50 günlük müharibədən sonra Fələstin müqaviməti ilə atəşkəs anlaşmasını imzaladı. Lakin indiyə qədər onu həmişə pozub.

Teqlər