Terrorçular işğal olunmuş ərazilərdə müalicə olunurlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194798-terrorçular_işğal_olunmuş_ərazilərdə_müalicə_olunurlar
Suriyanın təhlükəsizlik mənbələri terrorçu qrupların yaralılarının işğal olunmuş ərazilərdə müalicə olunmalarının davam etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2015 15:00 Asia/Baku
  • Terrorçular işğal olunmuş ərazilərdə müalicə olunurlar
    Terrorçular işğal olunmuş ərazilərdə müalicə olunurlar

Suriyanın təhlükəsizlik mənbələri terrorçu qrupların yaralılarının işğal olunmuş ərazilərdə müalicə olunmalarının davam etməsindən xəbər verib.

Suriya rəsmi xəbər agentliyi- SANA-nın məlumatına görə, adının gizli qalmasını istəmiş bir suriyalı təhlükəsizlik mənbəyi Suriyanın heç zaman sionist rejimin fitnələri qarşısında təslim olmayacağını bildirərək, deyib ki, Suriyanın cənubundakı Suvəyda məntəqəsi yaxınlığındakı Əlsəələ hərbi hava limanının ələ keçirilməsi üzrə döyüşlər zamanı yaralanmış terrorçular işğal olunmuş ərazilərdə və sionist rejim tərəfindən müalicə olunurlar.
Bu suriyalı mənbənin dediyinə görə, sionist rejim ordusunun hərbi kəşfiyyat orqanının ünsürləri bu terrorçuların işğal olunmuş ərazilərdəki xəstəxanalara köçürülmələrini həyata keçiriblər.
Suriyanın ordu və təhlükəsizlik qüvvələri cümə axşamı günü terrorçuların bu ölkənin cənubundakı Suvəyda məntəqəsi yaxınlığında yerləşən Əlsəələ hərbi hava limanını işğal etmək üzrə hücumu ilə mübarizə aparıb və onları ağır məğlubiyyətə uğradaraq, təqribən 122 terrorçunu öldürüb, onlarla terrorçunu da yaralayıblar.
Bununla bağlı, sionist Haarets qəzeti dünənki sayında yazıb ki, 2012-2014-cü illər arasında sionist rejimin baş nazrinin birbaşa göstərişi ilə Qərb ölkələrindən birində bu rejimin bir xəfiyyə başçısı ilə Suriya hökuməti müxaliflərinin tabeliyində olan məsul şəxslər arasında gizli görüşlər keçirilib.
Bəzi region ölkələrinin dəstəyi ilə 2011-ci ilin martında terrorçu qruplar tərəfindən Suriya böhranının başlanmasından bəri bu ölkə əhalisindən on minlərlə nəfər həlak olub.