4 misirli şiəni qətlə yetirənlərə hökm oxundu
İyun 14, 2015 09:34 Asia/Baku
Misir Məhkəməsi 4 misirli şiənin qətlində təqsirli bilinən 23 nəfəri 14 il həbsə məhkum edib.
Səhər Beynəlxalq Televizyasının əl-Youm əl-Sabe-yə istinadla verdiyi məlumata görə, Misirin ədliyyə rəsmiləri bildiriblər ki, şənbə günü bir məhkəmə bir qərar verərək, 2013-cü ildə 4 şiə vətəndaşın qətlində təqsirli bilinən 23 nəfəri 14 il azadlıqdan məhrum edib.Bir qrup silahlı ünsür 2013-cü ilin iyun ayında Misir paytaxtı Qahirənin yaxınlığında yaşayış massivinə hücum edərək, 4 misirli şiə, o cümlədən tanınmış ruhani Həsən Şəhatəni şəhid etdilər.
Şeyx Həsən Şəhatənin qardaşı Məhəmməd Şəhatə, Şəhatə Şəhatə və Əbdülqadir Həsəneyn Ömər şəhid oldular və naməlum sayda şiə də yaralandı.