Səudiyyə qırıcılarının hücumunda 13 nəfər həlak olub və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194808-səudiyyə_qırıcılarının_hücumunda_13_nəfər_həlak_olub_və_yaralanıb
Yəmən mənbələri Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarında ən azı 9 nəfər, o cümlədən bir uşağın şəhid olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 05:07 Asia/Baku
  • Səudiyyə qırıcılarının hücumunda 13 nəfər həlak olub və yaralanıb
    Səudiyyə qırıcılarının hücumunda 13 nəfər həlak olub və yaralanıb

Yəmən mənbələri Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarında ən azı 9 nəfər, o cümlədən bir uşağın şəhid olduğunu bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Həmdanda Beyt Nəəm və əl-Qərzə bölgələrinə hücumlar etdiyini bildirib. Bu hücumlar nəticəsində bir uşaq şəhid olub, 4 nəfər də yaralanıb.
Səudiyyə qırıcıları həmçinin Dimacda yaşayış massivlərini bombardman ediblər. Bu hücum nəticəsində də 8 nəfər şəhid olub.
Ərəbistan qırıcıları şənbə günü Yəmənin şimalında əl-Hutə şəhərini 5 dəfə bombardman ediblər. Bu hücumlardan birində şəhər xəstəxanası hədəfə alınıb.
Ərəbistanın cinayətlərinə reaksiyada Yəmən ordusu və xalq qüvvələri də Ərəbistanın Nəcrandakı hərbi bazasını bir neçə raketlə hədəfə alıblar.