Yəmənin şərq bölgələri əl-Qaidə terrorçularından təmizlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194816-yəmənin_şərq_bölgələri_əl_qaidə_terrorçularından_təmizlənib
Yəmən ordusu və xalq qüvvələri əl-Yətmə bölgəsini əl-Qaidə terrorçularından təmizlədikdən sonra bu ölkənin şərqindəki bölgələri də azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 07:38 Asia/Baku
  • Yəmənin şərq bölgələri əl-Qaidə terrorçularından təmizlənib
    Yəmənin şərq bölgələri əl-Qaidə terrorçularından təmizlənib

Yəmən ordusu və xalq qüvvələri əl-Yətmə bölgəsini əl-Qaidə terrorçularından təmizlədikdən sonra bu ölkənin şərqindəki bölgələri də azad ediblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, ordu, xalq müqavimət qüvvələrinin köməyi ilə Couf vilayətinin bölgələrindən biri olan və Ərəbistanla sərhəddə yerləşən əl-Yətməni əl-Qaidə terrorçularından təmizlədikdən sonra bu ölkənin şərqinə doğru irəliləməyə başlayıb ki, bu bölgələri də təkfirçi terrorçulardan təmizləsin.
Bu əməliyyatda Couf vilayətinin ən böyük əraziləri olan əl-Məhaşəmə, Əqəbə strateji bazası, Xəncər bazası, Xob və əl-Şəəf məntəqəsi əl-Qaidə terrorçularından təmizlənib və bu iki məntəqə illərlə sonra cinayətkarlardan tamamilə boşaldılıb.