Sənada şəhidlərin dəfn mərasimində minlərlə yəmənli iştirak edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194818-sənada_şəhidlərin_dəfn_mərasimində_minlərlə_yəmənli_iştirak_edib
Sənaya hücum nəticəsində şəhid olan 4 nəfərin dəfn mərasimində iştirak edən minlərlə nəfər Ali-Səud rejimi qarşısında müqaviməti vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 08:06 Asia/Baku
  • Sənada şəhidlərin dəfn mərasimində minlərlə yəmənli iştirak edib
    Sənada şəhidlərin dəfn mərasimində minlərlə yəmənli iştirak edib

Sənaya hücum nəticəsində şəhid olan 4 nəfərin dəfn mərasimində iştirak edən minlərlə nəfər Ali-Səud rejimi qarşısında müqaviməti vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin ötən cüməgünkü hücumunda şəhid olan əl-Mənsur ailəsinin 4 şəhidinin dəfn mərasimi keçən gün keçirilib.
Bu mərasimdə iştirak edənlər Ali-Səud rejiminin təcavüzü qarşısında müqavimətin davam etməsini vurğulayıb və bildiriblər ki, amerikalı-səudiyyəli koalisiyasının hücumları yalnız yəmənlilərin təcavüzə qarşı çıxmaları üçün iradələrinin möhkəmlənməsinə səbəb olur.