Səudiyyə rejiminin hava hücumlarında onlarla yəmənli həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194821-səudiyyə_rejiminin_hava_hücumlarında_onlarla_yəmənli_həlak_olub
Səudiyyə Ərəbistanının ötən gecə Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında onlarla sivil şəhid olub və yaralanıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 08:23 Asia/Baku
  • Səudiyyə rejiminin hava hücumlarında onlarla yəmənli həlak olub
    Səudiyyə rejiminin hava hücumlarında onlarla yəmənli həlak olub

Səudiyyə Ərəbistanının ötən gecə Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında onlarla sivil şəhid olub və yaralanıb

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə rejiminin Sənada Beyt Məyad məntəqəsinə hava hücumlarında şəhid olan və yaralananların sayı 66 nəfərə çatıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Səna və Səədəyə hava hücumlarında 20 nəfər, o cümlədən bir neçə qadın və uşaq şəhid olub, 30-dan çox sivil də yaralanıb.
Səudiyyə Ərəbistanının qırıcı təyyarələri həmçinin Səədənin Razih məntəqəsində Hərəz şəhəri və tarixi Hərəz qalasını hədəfə alıblar.
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü bildirib: Səudiyyəlilərin Yəmənə hücumları nəticəsində 60-dan çox aptek məhv olub və bu ölkənin müalicə mərkəzlərinin vəziyyəti günü-gündən pisləşir və bu mərkəzlər öz fəaliyyətlərini dayandırıblar.
Təmim əl-Şami tif və malyariya xəstəliklərinin yayılmasına toxunaraq deyib: Bir çox vətəndaş bu xəstəliklər nəticəsində dünyasını dəyişib.