İordan çayının qərb sahilində bir fələstinli gənc şəhid olub
İyun 14, 2015 14:01 Asia/Baku
İordan çayının qərb sahilində sionist hərbçilərlə toqquşmada bir fələstinli gənc şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının əl-Qüds xəbər portalına istinadla verdiyi məlumata görə, İordan çayının qərb sahilində Ramullahın Kəfər Malik şəhərciyində sionist hərbçilərlə fələstinli gənclər arasında qarşıdurma baş verib. Qarşıdurmada 22 yaşlı fələstinli Əyad Qənaim şəhid olub.Şahidlərin bildirdiklərinə görə, hərbi avtomobillərlə əraziyə gələn sionist hərbçilər Kəfər Malik küçələrində fələstinli gəncləri təqib edib, Əyad Qənaimi vuraraq qətlə yetiriblər.
Bu təqib əməliyyatında bir neçə fələstinli gənc də ya yaralanıb və ya zəhərli qaz nəticəsində boğulma ilə üzləşib.
Şənbə günü də sionist hərbçilər Qəzzə zolağının şimalında Sufa keçidi yaxınlığında bir fələstinliyə doğru atəş açıb və onu yaralayıblar.
Sufa işğal olunmuş Fələstinlə Qəzzə zolağı arasındakı bir neçə keçiddən biridir. Sionistlər 2007-ci ildə həmin keçidi müvəqqəti, 2009-cu ildə isə daimi şəkildə bağlayıblar.