Suriyanın Əlsəələ hava limanı terrorçuların zərərindən amanda qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194852-suriyanın_Əlsəələ_hava_limanı_terrorçuların_zərərindən_amanda_qalıb
Suriyalı mənbələr bu ölkə ordusunun Əlsuvəyda-dakı uğurları, və Cibhətunnusrə terrorçularının bu vilayətdəki mühüm Əlsəələ hava limanına qarşı basqınının dəf olunması, həmçinin kürd qüvvələrin Əlrəqqə vilayətinin Təl-Əbiz məntəqəsinə qarşı daha çox irəliləyişindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 13:15 Asia/Baku
  • Suriyanın Əlsəələ hava limanı terrorçuların zərərindən amanda qalıb
    Suriyanın Əlsəələ hava limanı terrorçuların zərərindən amanda qalıb

Suriyalı mənbələr bu ölkə ordusunun Əlsuvəyda-dakı uğurları, və Cibhətunnusrə terrorçularının bu vilayətdəki mühüm Əlsəələ hava limanına qarşı basqınının dəf olunması, həmçinin kürd qüvvələrin Əlrəqqə vilayətinin Təl-Əbiz məntəqəsinə qarşı daha çox irəliləyişindən xəbər veriblər.

Səhər kanalının Əlvətən-ə istinadlı məlumatına görə, Əlsəələ hava limanı tamamilə əmin-amandır və döyüşlər Dəra ətrafında, Əlkər, Umm Vələd və Bəsrəlhərir kəndlərində cərəyan edir.
Suriya ordusunun qırıcıları terrorçuların bu məntəqələrdəki mərkəzlərini hədəfə alırlar.
Bu mənbələr əlavə ediblər ki, terrorçuların Əlsəələ hava limanına qarşı hücumunun dəf olunması sakinlərin şadlığına səbəb olub.
Terrorçular Əlsəələ hava limanını ələ keçirməkdə nakam qaldıqdan sonra bu məğlubiyyətin əvəzini çıxmaq üçün ordunun Əlsənəmin kəndindəki mərkəzlərini hədəfə almağa çalışıblar.
Belə bir halda, Suriya ordusu terrorçuların Əlsəələ hava limanına qarşı hücumlarını uğursuz qoymuş və yüzdən çox terrorçunu öldürərək, onların sursatlarını məhv etmişdi.