Ənsarullah heyəti Cenevrə yolunda
İyun 14, 2015 18:53 Asia/Baku
Yəmənin Ənsarullah xalq hərəkatının heyəti yəmənli-yəmənli müzakirələrdə iştirak üçün Cenevrəyə yollanıb.
Səhər kanalının məlumatına görə, Yəmənin Ənsarullah xalq hərəkatının heyəti yəmənli-yəmənli müzakirələrdə iştirak üçün Səna beynəlxalq hava limanından Cenevrəyə yollanıb.Bu iclas bəzi problemlərə görə, bu gündən sabaha təxirə salınıb.
Bundan qabaq BMT baş katibinin Yəmən məsələləri üzrə nümayəndəsi İsmayıl Vələd Əlşeyx Əhməd və Ənsarullah xalq hərəkatı Cenevrə danışıqlarının yəmənli-yəmənli olmasını vurğulamışdılar.
İsmayıl Vələd Əlşeyx Əhməd Cenevrə danışıqlarının yəmənli-yəmənli olmasını vurğulayaraq, bildirmişdi ki, digər ölkələrlə dialoqlar məşvərət mahiyyəti daşıyacaqdır.