Yəmən paytaxtında Ərəbistana qarşı aksiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194864-yəmən_paytaxtında_Ərəbistana_qarşı_aksiya
Yəmən vətəndaşları Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumlarının davam etməsinə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2015 05:25 Asia/Baku
  • Yəmən paytaxtında Ərəbistana qarşı aksiya
    Yəmən paytaxtında Ərəbistana qarşı aksiya

Yəmən vətəndaşları Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumlarının davam etməsinə etiraz olaraq aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, minlərlə Yəmən vətəndaşı bazar günü bu ölkə paytaxtı Sənada aksiya keçirərək, Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumlarının davam etməsinə etiraz edib və yəmənli vətəndaşların qırğın edilmələrinə son qoyulmasını istəyib.
Yəmənli etirazçılar Ərəbistan, ABŞ, sionist rejimə qarşı şüarlar səsləndirərək, Ərəbistanın Yəmən xalqına humanitar yardımların çatdırılmasının qarşısını almasını pisləyiblər.
Yəmənli etirazçılar bir bəyanat verərək, ölkələrinin mühasirəsini qeyri-qanuni və beynəlxalq qanunlara zidd adlandırıblar. Onlar xalqın müqavimətini vurğulayaraq və Yəmənin dəniz, quru və hava mühasirəsini pisləyərək, dünyadan Ali-Səudun Yəməndəki cinayətləri qarşısında sükutuna son qoymasını istəyiblər.
Yəmən vətəndaşları həmçinin Ərəbistanın hücumları ilə mübarizə üçün xalqın həmrəyliyinin gücləndirilməsini vurğulayıblar.
Yəmən xalqının müxtəlif kütlələri, o cümlədən ordu və xalq komitələri bu aksiyada iştirak ediblər.
Bu aksiya Yəmən Ali İnqilab Komitəsinin dəvəti ilə "Mühasirə və təcavüzün qanuniliyi yoxdur!" şüarı ilə keçirilib.