İyun 15, 2015 10:43 Asia/Baku
  • Qəzzə zolağında aksiya
    Qəzzə zolağında aksiya

Qəzzə zolağı sakinləri BMT-nin Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin xidmətlərini azaltmasına etiraz olaraq aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının Misirin əl-Youm əl-Sabə xəbər portalına istinadla verdiyi məlumata görə, yüzlərlə fələstinli bazar günü Qəzzə şəhərində Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin ofisi qarşısına toplaşaraq aksiya keçirib və bu agentliyin siyasətlərinə qarşı şüarlar səsləndirərək, fələstinli qaçqınlara xidmətlərin artırılmasını istəyib.
Aksiyaçılar Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin xidmətlərinin azaldılmasının Qəzzə zolağında işsizlik, səhiyyə və təhsil mərkəzlərində acınacaqlı vəziyyətin güclənməsinə səbəb olduğunu bildiriblər.
Qəzzə zolağında Əmək və İşçilər birliyi də Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin Qəzzə zolağında xidmətlərinin azalmasını qəbuledilməz adlandırıb və bildirib: Hazırda xidmətlərin azaldılması zamanı deyil, artırılması zamanıdır.
Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyi səhiyyə və təlim sahələrindəki xidmətlərini azaltmaq niyyətindədir.
Qəzzə əhalisinin 70% yəni 1,2 milyon nəfər fələstinli didərgindir. Proqnoz olunur ki, bu rəqəm 2020-ci ilə qədər 1,5 milyon nəfərə artacaq.

Teqlər