Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194875-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə yeni hücumunda 13 yəmənli həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2015 09:09 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə yeni hücumunda 13 yəmənli həlak olub.

Səhər Beynəlxalq Televiziyasının Sky Nyuz-un ərəbcə xidmətinə istinadla verdiyi məlumata görə, Ərəbistan qırıcı təyyarələri ötən gün Yəmənin bəzi bölgələri, o cümlədən cənubda yerləşən Ədən şəhərinə hücum ediblər. Nəticədə 13 yəmənli həlak olub, onlarla yəmənli də yaralanıb.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri həmçinin Yəmənin cənubunda Təiz şəhəri və əl-Couf vilayətinin mərkəzi olan əl-Həzm şəhərini bombardman ediblər. Bu hücumların tələfatı və dəyən xəsarəti barədə məlumat verilməyib.
Ərəbistan qırıcı təyyarələrinin Yəmənə hava hücumları ilə yanaşı Yəmən ordusu və xalq qüvvələri bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tərəfdar qüvvələri ilə Ədənin şimal-qərbində toqquşublar və bu toqquşmalarda 9 nəfər həlak olub.