Sionist rejim qabaqdan gəlmişlik etdi
İyun 16, 2015 08:57 Asia/Baku
Sionist rejim başçıları BMT İnsan Haqları Şurasının Qəzzə müharibəsi barədə hesabatı yayılmazdan öncə tənqidə əl atıb.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sionist rejim baş naziri Benyamin Netanyahu qabaqdan gəlmişlik edərək BMT insan haqlarının Qəzzə müharibəsi barədə hesabatı yayılmazdan öncə iddia edib ki, bu beynəlxalq qurumun araşdırmasının insan haqları ilə heç bir əlaqəsi yoxdur. Əksinə onun məqsədi İsraili tənqid etmək və onun qanuniliyini zərbə vurmaqdır.Sionist rejim baş naziri həmçinin iddia edib ki, Qəzzə Araşdırmalar Komitəsinin sabiq rəhbəri Uilyam Şabas Özünüidarə Təşkilatından rüşvət alıb.