Qələmunun qərb bölgələri Suriya ordusunun nəzarətində
İyun 16, 2015 17:08 Asia/Baku
Suriyanın Qələmun məntəqəsinin qərb hissəsi tam şəkildə Suriya ordusu və Livan Hizbullahı mübarizlərinin nəzarətinə keçib.
Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Suriyanın Livanla sərhədi yaxınlığında yerləşən Qələmun məntəqəsinin qərb yüksəkliklərində əl-Nüsrə Cəbhəsi terrorçularının iştirakına son qoyulub və Livan və Suriya sərhəd zolağında tam təhlükəsizlik bərpa olunub.Bu məlumata görə, hazırda əl-Qələmunun qərbində Əsal əl-Virddən Livan torpağına birləşən yüksəkliklərə qədər 550 km Suriya ordusu və Livan Hizbullahı mübarizlərinin tam nəzarətinə keçib.
Əl-Əhd xəbər portalı da bildirib ki, İŞİD terror qruplaşmasının Əbu Bilqis əl-Bağdadi ləqəbli Qələmun və Ərsaldakı başçısı Ərsalın şərqində Vadi Həmid bölgəsində öldürülüb.
Həmçinin Hizbullah mübarizləri və Suriya ordusu qüvvələri bu gün səhər Süveyda vilayətinin Səkaka şəhərciyini ələ keçiriblər.
Suriya ordusunun Səkaka şəhərciyini ələ keçirməsi ilə terrorçuların əl-Sələ aeroportuna təzyiqi çox azalacaqdır.
Digər tərəfdən terrorçu qruplaşmalar döyüşlərdəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün bu gün səhər paytaxt Dəməşqin bir neçə məntəqəsinə minaatanla 10 dəfə atəş açıblar. Bu terror hücumunda 8 suriyalı yaralanıb və yaşayış binaları və ticarət obyektlərinə ziyan dəyib.