İyun 17, 2015 08:58 Asia/Baku
  • Yəmən məsələsinin diplomatik yollarla həll olunmasını vurğulanıb
    Yəmən məsələsinin diplomatik yollarla həll olunmasını vurğulanıb

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Yəmən vətəndaşlarının acısına məlhəm qoymaq üçün siyasi prosesin irəliləməsinin zəruriliyini vurğulayıb.

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi çərşənbə axşamı günü Ənsarullah nümayəndələri və müttəfiqləri ilə Cenevrədə iclas keçirdikdən sonra mətbuat konfransında deyib: Bu məsləhətləşmələr Yəmən vətəndaşlarının ağrı-acısına son qoymaq üçün təklifin irəli sürülməsində siyasi prosesin irəliləməsi üzrə ilk addımdır.
İsmayıl Vələd Şeyx Əhməd bildirib: Bu iclas prinsip əsasında keçirilib və iki tərəf onun barəsində razılaşmışdı. Ümidvaram ki, yəmənlilər gərginliyin azaldılması üçün bu danışıqlardan istifadə edərlər.
Şeyx Əhməd əlavə edib: Yəmənli heyətləri Cenevrəyə gətirməyə nail olduq. Bu böyük nailiyyətdir və bu iclasın əhəmiyyətini unutmamalıyıq.

Teqlər