Ərəbistan Yəmənə hücumlarını Ramazan ayının 1-ci günündə də davam etdirdi
İyun 18, 2015 19:49 Asia/Baku
Yəmən mənbələri bildirirlər ki, Ərəbistan qırıcıları mübarək Ramazan ayının 1-ci günündə ölkənin cənubunda yerləşən Ləhəc vilayətini bombalayaraq, qırğın törədiblər.
Livanın əl-Nəşrə informasiya portalının verdiyi məlumata görə, mübarək Ramazan ayının birinci günündə Ərəbistan Yəmənə olan hücumlarını dayandırmayaraq, ölkənin cənubunda yerləşən Ləhəc vilayətinə qarşı ağır hücumlar təşkil ediblər. Belə ki, bu hücum zamanı bir sərnişin avtobusu hədəfə alınıb və 23 nəfər həyatını itirib. Bu hadisə zamanı bir neçə nəfər də yaralanıb.Ərəbistan qırıcıları həmçinin Yəmənin paytaxtı Səna şəhərinin müxtəlif məntəqələrini o cümlədən Nəqəm dağı və Fəcətan məntəqəsini bombalayıblar. Bu hücum bir sıra ciddi dağıntılara yol açıb. Bir neçə nəfərin yaralandığı bu hadisədə bir neçə ev və mağaza da tamamilə dağılıb.
Yəmən ordusu da Ərəbistanın bu hücumlarına cavab olaraq Ərəbistanın əl-Şərqiyyə vilayətində, Zəhran məntəqəsində Ərəbistan hərbçilərinin mövqelərini hədəfə alıb. Yəmənli qüvvələr həmçinin ölkənin şimalında, əl-Cəuf vilayətini Ərəbistanın himayəsində olan əl-Qaidə terrorçularından təmizləməyə nail olublar.