İyun 20, 2015 09:07 Asia/Baku
  • Yəmənlə bağlı Cenevrə müzakirələri nəticəsiz başa çatdı
    Yəmənlə bağlı Cenevrə müzakirələri nəticəsiz başa çatdı

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Cenevrədə Yəmən böhranı ilə bağlı müzakirələrin başlanmasından 5 gün sonra, cümə günü bir mətbuat konfransında müzakirələrin nəticəsiz olduğunu etiraf edib.

İRNA-nın məlumatına görə, BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi cümə günü axşam BMT-nin Cenevrə ofisində deyib: Cenevrə müzakirələri nəticəsiz oldu. Amma, belə bir müzakirənin baş tutmasının özü böyük bir müvəffəqiyyət sayılır.
İsmayıl Vələd Şeyx Əhməd əlavə edib: Tərəflərin BMT-nin 2216 saylı qətnaməsinə reaksiyası müsbət idi və şübhəsiz Yəmən xalqının ağrı və acılarına son vermək üçün atəşkəsin elan olunmasına şərait var.
O, BMT baş katibi Pan Gi Munun da Yəməndə atəşkəsin bərqərar edilməsində israrlı olduğunu vurğulayıb və deyib: Cenevrə müzakirələri Yəmən böhranı ilə bağlı siyasi həll yoluna nail olmaq üçün uzun və çətin bir yolun başlanğıcı idi.
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi növbəti müzakirələrin tarixinin məlum olmadığını bildirib və deyib: Nyu-Yorka səfər etdikdən sonra, məsləhətləşmələrin aparılması üçün regiona da səfər edəcəm. Yəmən böhranını həll edəcək tərəf elə yəmənlilərin özləridir və BMT də onlara bu işdə kömək etməyə çalışacaq.
İsmayıl Vələd Şeyx Əhməd Husilərin müsbət baxışlara malik olduğunu da qeyd edib və deyib: Atəşkəsə çox yaxınıq. Məsləhətləşmələrin artırılmasına və müzakirələrin 2-ci dövrünə ehtiyac var. Tərəflər arasındakı diplomatik səyləri artırmaq lazımdır. Və şübhəsiz müzakirələrin növbəti mərhələsindən öncə bir humanitar atəşkəsin şahidi olacağıq.

Teqlər