Yəmən Ərəbistanın bir hərbi bazasını 36 raket ilə yerlə yeksan etdi
İyun 21, 2015 04:58 Asia/Baku
-
Yəmən Ərəbistanın bir hərbi bazasını 36 raket ilə yerlə yeksan etdi
Yəmən ordusu və Ənsarullah hərəkatına bağlı xalq müqavimət komitələri Ərəbistanın cənubunda bir hərbi bazanı raket atəşinə tutublar.
Əl-Məyadin bu barədə bildirir ki, Yəmən ordusu və xalq müqavimət qüvvələri Ərəbistanın Yəmənə olan hücumlarının davam etməsinə cavab olaraq Cizanda yerləşən əl-Məin qülləsinə raket zərbələri endiriblər.Yəmənin hərbi mənbələri həmçinin bildiriblər ki, ordu və xalq qüvvələri Ərəbistanın cənubunda, Zəhran məntəqəsində yerləşən bir hərbi bazanı 36 ədəd raket ilə hədəfə alıblar.
Bu arada ötən gün Ərəbistanın sərhəd məntəqəsində gedən toqquşmalarda daha bir Səudiyyə hərbçisi öldürülüb.
Ərəbistan mənbələri bildiriblər ki, bu toqquşmalar zamanı daha 2 Ərəbistan hərbçisi habelə, Ərəbistanın sərhəd qvardiyasının 3 üzvü yaralanıb.
Yəmən ordusuna bağlı mənbələr bildirirlər ki, Ərəbistanın Yəmənə qarşı hava hücumlarının dayandırılmadığı zamana kimi, Yəmənin Ərəbistana qarşı raket hücumları da davam edəcək.
Bu arada Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Ərəbistanın hava hücumları nəticəsində Yəmənin səhiyyə infrastrukturlarına dəyən zərər və ziyanlar habelə, ölüm təhlükəsi ilə üzləşən uşaqların sayı ilə bağlı yeni statistik rəqəmlər açıqlayıb.
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Əryani 21 milyon yəmənlinin ərzaq çatışmazlığından əziyyət çəkdiyini bildirib və deyib: 1.5 milyon yəmənli uşaq ərzaq çatışmazlığından əziyyət çəkir və onlardan 500 min nəfəri təcili yardıma eytiyaclıdır.
Əryaninin dediyinə görə, Ərəbistanın Yəmənə qarşı hava hücumları 115 müalicə mərkəzi və 63 xəstəxananın dağılmasına səbəb olub.
Teqlər