Ənsarullah Ərəbistanın bir ədəd casusluq təyyarəsini vuraraq, yerə salıb
İyun 22, 2015 05:37 Asia/Baku
-
Ənsarullah Ərəbistanın bir ədəd casusluq təyyarəsini vuraraq, yerə salıb
Yəmənin Ənsarullah xalq hərəkatına bağlı qüvvələr Ərəbistan ordusunun bir ədəd casusluq təyyarəsini vurublar.
İRNA-nın əl-Fəcr əl-Yəməni informasiya kanalına istinadla verdiyi məlumata görə, Yəmənin Hava Hücumundan Müdafiə Qüvvələri bazar günü Səudiyyə Ərəbistanı ordusunun bir ədəd casusluq təyyarəsini Yəmənin şimalında yerləşən Sədə vilayətinin Səha şəhərində, Bahbacir adlı məntəqədə hədəfə alıb.Bu barədə əlavə məlumat yayılmayıb. Ərəbistan regionun 9 ərəb ölkəsi ilə koalisiya yaradaraq, 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı hava hücumlarına başlayıb. Ərəbistan bu yolla Yəməndə inqilabçıların hakimiyyətə gəlməsini önləmək və fərari prezident Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq istəyir.
İndiyə kimi bu hücumlar nəticəsində Yəmənin bir çox sivil infrastrukturları o cümlədən xəstəxanalar, məktəblər, yaşayış binaları, körpülər və hava limanları dağılıb, yüzlərlə qadın və uşaq daxil olmaqla, minlərlə nəfər ölüb və yaralanıb.
Teqlər