İsrail preventiv gücünü itirdiyini etiraf etdi
İyun 22, 2015 14:20 Asia/Baku
Sionist rejimin sabiq xarici işlər naziri İsrailin preventiv gücünü itirilmiş adlandırıb.
Sionist rejimin sabiq xarici işlər naziri Aviqdor Liberman "The Jerusalem Post" qəzeti ilə müsahibədə deyib: Ötən ilin yayında Qəzzə zolağına qarşı edilən hücumdan öncə və sonra İsrailin öz preventiv gücünü itirdiyi aydın bir məsələ idi. Lakin, Nazirlər Kabineti buna əhəmiyyət vermədi və İsrail bu gün inkar edilməsi mümkün olmayan bir gerçəkliklə üz-üzədir.Liberman əlavə edib: artıq İsrailə preventiv güc qazandıracaq bir silah yoxdur. Hətta, bunun əksi də tamamilə sübut olunub. Yəni, əgər İsrail fələstinlilərdən sülh umursa, deməli öz preventiv gücünü itirib.
İsrailin sabiq xarici işlər naziri həmçinin, sionist rejimin baş naziri Benyamin Netanyahunun Vahid Ərəb Koalisiyasının sədri ilə görüşməsini fələstinlilərə qanuniliyin bəxş edilməsi adlandırıb.