Ərəbistanlı pilot Yəməni bombaladıqdan sonra, intihar etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195113-Ərəbistanlı_pilot_yəməni_bombaladıqdan_sonra_intihar_etdi
Bir Səudiyyəli pilot Yəmənin paytaxtı Səna şəhərini bombardman etdikdən sonra intihar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2015 09:03 Asia/Baku
  • Ərəbistanlı pilot Yəməni bombaladıqdan sonra, intihar etdi
    Ərəbistanlı pilot Yəməni bombaladıqdan sonra, intihar etdi

Bir Səudiyyəli pilot Yəmənin paytaxtı Səna şəhərini bombardman etdikdən sonra intihar edib.

İraqın əl-Rəy əl-Am informasiya portalının verdiyi məlumata görə, Səna şəhərinin bombardman edilməsində iştirak edən Ərəbistan Hava Qüvvələrinin pilotu Məhəmməd Ömər əl-Ənzi ölkəsinin Yəmənə olan hücumları nəticəsində yaranmış dağıntıların və həyatını itirmiş uşaqların təsvirlərini müşahidə etdikdən sonra intihar edib.
Bu Səudiyyəli pilot intihar etməzdən öncə, bir vəsiyyətnamədə Ali-Səud rejimini günahkar elan edib və yazıb: Biz İslamın həqiqi mənasını unudaraq , Yəməndə yaşayış massivlərini bombardman etməklə, müsəlmanları qırğın edirik.
Məhəmməd Ömər əl-Ənzi həmçinin, Ərəbistanın müdafiə naziri və vəliəhdin canişini olan Məhəmməd bin Salmanı Yəmənə qarşı müharibəni başladan tərəf adlandırıb və Ərəbistanı İslam və müsəlmanlarla düşmən olanların, xüsusilə də Amerika və İsrailin maraqlarına xidmət etdiyini, onların göstərişlərini yerinə yetirdiyini bildirib.
Bu Ərəbistanlı pilot Məhəmməd bin Salmanın Ərəbistan kralı seçilməsini regionun məhvə sürüklənməsinin başlanğıcı adlandırıb.