İŞİD Ramazan ayında hücumların artırılmasını istədi
İyun 24, 2015 17:38 Asia/Baku
-
İŞİD ünsürü
İŞİD terror qruplaşmasının sözçüsü bu İŞİD-ə bağlı ünsürlərdən istəyib ki, Ramazan ayında öz hücumlarını artırsınlar.
Əl-Aləm kanalının məlumatına görə, İŞİD-in sözçüsü Əbu Məhəmməd Ədnani çərşənbə axşamı İŞİD terrorçularından istəyib ki, Suriya, İraq və Liviyada öz hücumlarını artırsınlar və Ramazan ayını "xaç qoşunları, şiələr və mürtədlər" üçün müsibət ayına çevirsinlər.İŞİD beynəlxalq anti-İŞİD koalisiyasını "Xaç qoşunları" adlandırır və İraqın sünni əhalisini bu ölkə ordusu və xalq müqavimət qüvvələrinə dəstək verdikləri üçün kafir və mürtəd hesab edir.
Digər tərəfdən İŞİD Rəmadi və Fəllucə şəhərlərinin sakinlərinə xəbərdarlıq edib ki, Ramazan ayı münasibətilə yerli telekanallardan yayımlanan proqramları izləməsinlər. Bu göstərişə əməl etməyənlər ölüm cəzası ilə təhdid ediliblər.