Türkiyənin Ərzrum şəhərində İranın Quran sərgisi işə başlayıb
İyun 24, 2015 19:36 Asia/Baku
İranın Türkiyənin Ərzrum şəhərindəki mədəni attaşeliyinin təşəbbüsü ilə, mübarək Ramzan ayı münasibətilə Quran mövzusunda 1 ay davam edəcək sərgi təşkil edilib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ərzrum meriyası və İranın mədəniyyət attaşeliyi tərəfindən birgə şəkildə keçirilən bu sərgidə, İran pavilyonunda dini məhsullar nümayiş etdirilir. Bu məhsullar müxtəlif ölçülərdə və müxtəlif üsullarda çap olunmuş Quran-Kərim, CD, xalça-tablo və digər əl işlərini əhatə edir. Həmçinin, qərara alınıb ki, Ramazan ayının 2-ci yarısında beynəlxalq qarilərin iştirakı ilə müxtəlif Quran proqramları icra olunsun.