İyun 25, 2015 14:45 Asia/Baku
  • İŞİD Kobanini vurdu
    İŞİD Kobanini vurdu

Türkiyənin Anadolu xəbər agentliyi təkfirçi-terrorçu İŞİD qruplaşmasının bu gün səhər Suriyanın Kobani şəhərinin mərkəzinə hücum etdiyini bildirib. Bu hadisədə 8 nəfərin öldüyü, 38 nəfərin də yaralandığı bildirilir.

Bu gün səhər saatlarından Kobani şəhərinin mərkəzində toqquşmalar şiddətlənib və İŞİD-in hücumları zamanı yaralananlar müalicə olunmaq üçün Türkiyəyə aparılıb.
Kobani 4 ay davam edən döyüşlərin ardınca cari ilin yanvar ayının sonlarında azad edilmiş və Suriyadakı kürd qüvvələrin əlinə keçmişdi.
Bu məlumata görə, İŞİD ünsürləri Şimal və Cənub istiqamətindən Kobani şəhərinə daxil olublar. Daha sonra şəhərin mərkəzində bomba quraşdırılmış bir yük maşınını partladaraq, kürd qüvvələrlə döyüşə başlayıblar.
Bu hücum elə bir şəraitdə baş tutur ki, bir neçə gün öncə Suriyanın Demokratik Birlik Partiyasının hərbi qanadının beynəlxalq anti-İŞİD koalisiyasının dəstəyi ilə həyata keçirdiyi hücumlar zamanı İŞİD Suriyanın şimalında, Türkiyə ilə sərhəd məntəqədə yerləşən Təl-Əbyəz şəhərindən geri çəkilməyə məcbur olmuşdu.
İRNA-nın məlumatına görə, T24 analitik portalı iddia edibki, bu hücumun ardınca İŞİD terrorçuları öz saqqallarını qırxaraq, suriyalı didərgin adı altında Türkiyəyə daxil olublar.

Teqlər