İyun 25, 2015 14:56 Asia/Baku
  • Seyid Əmmar Həkim
    Seyid Əmmar Həkim

Seyid Əmmar Həkim regionda heç bir ölkənin İŞİD təhlükəsindən amanda olmadığını vurğulayaraq, deyib: Əgər bu təkfirçi qrup İraqda yatırdılmazsa, onlarla digər ərəb ölkələri paytaxtlarına savaşmaq lazım gələcək.

Küveytdə səfərdə olan İraqın Ali Məclisinin sədri bir mətbuat konfransında İraqın bir çox dünya ölkəsi adına İŞİD qruplaşması ilə savaşdığını deyərək, əlavə edib: Heç kim üçün sirr deyil ki, bu qruplaşma öz xəritəsinə bir çox region ölkəsinə hücum planını daxil edib.
Küveyt əmirinin dəvəti ilə bu ölkədə səfərdə olan Seyid Əmmar Həkim əlavə edib: Əgər biz İraqda onları əzməsək, gələcəkdə digər ərəb ölkələri paytaxtlarında onunla mübarizə aparmalı olacağıq.
İraqın Ali Məclisinin sədri təkfirçi terrorçular ilə savaşmaq üçün kifayət qədər silah, hərbi sursat və təchizata malik olmadıqlarını deyərək, əlavə edib: Ümidvarıq beynəlxalq anti-İŞİD koalisiyası bu sahədə daha artıq ciddiyyət nümayiş etdirsin. Çünki, İraq ordusunun ixtiyarında olan silah, hərbi sursat və təchizat təcavüzkarlar ilə mübarizə aparmaq üçün münasib deyil.
İraqın Ali Məclisinin sədri sonda deyib: 3 milyondan artıq iraqlı didərgin son dərəcə çətin və evindən uzaq bir yerdə yaşamağa məcburdur.

Teqlər