Ərəbistanın Yəmənə hücumları davam edir
İyun 26, 2015 12:48 Asia/Baku
Ərəbistanın Yəmənə olan ən son hücumlarında 10 nəfər həlak olub.
Əl-Məsirə informasiya kanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin şimalında, Əufv vilayətində yerləşən əl-Həzm şəhərində bir bazarı bombalayıb. 10 nəfərin öldüyü bu hadisədə bir qrup insan da yaralanıb.Ərəbistan qırıcıları həmçinin Yəmənin mərkəzində, Bəzya vilayətində Səvdayə məntəqəsini bombardman ediblər.
Ərəbistan qırıcıları Məarib vilayətində də yaşayış binaları və sivil infrastrukturları hədəfə alıblar.
Yəmənin cənubunda yerləşən Şəbuh vilayətində də dövlət binaları və yaşayış məntəqələri Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb.
Ləhəc və Həccə vilayətləri habelə, Ərəbistan ilə sərhəd məntəqələr, Hərz və Əbəs məntəqələri də Ərəbistan ordusunun hava hücumlarına məruz qalıb.
Beynəlxalq Uşaq Fondu YUNİSEF də xəbərdarlıq edib ki, Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarının qarşıdan gələn 5 ildə milyonlarla yəmənli uşaq üçün hədiyyəsi "ölüm" olacaq.
YUNİSEF Ərəbistanın hücumlarından ən çox zərərçəkən tərəfin uşaqlar olduğunu, yəmənli uşaqların ölüm qorxusu ilə yaşamağa məhkum olduqlarını bildirib.