Səudiyyə qırıcılarının Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195245-səudiyyə_qırıcılarının_yəmənə_hücumları_davam_edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənə hücumlarının davam etməsi ilə 7 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2015 11:49 Asia/Baku
  • Səudiyyə qırıcılarının Yəmənə hücumları davam edir
    Səudiyyə qırıcılarının Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənə hücumlarının davam etməsi ilə 7 nəfər həlak olub.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin təhlükəsizlik dairələrinə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin qırıcı təyyarələrinin Yəmənin bir neçə vilayətinə hava hücumlarında 7 yəmənli həlak olub, 20 nəfər də yaralanıb.
Məlumata görə, bu hücumlar cümə günü Hiccə vilayətinin əl-Muhabişə şəhərində əl-Cərd və Həsən əl-Şərf məscidinə qarşı olunub. Nəticədə 4 namaz qılan həlak olub, 20 nəfər də yaralanıb və məscid dağılıb.
Habelə Səudiyyə qırıcılarının digər 3 hava hücumunda Yəmənin qərbində əl-Hədidənin icra hakimiyyəti binası, elmi mərkəz və əl-Rifi xəstəxanası hədəfə alınıb. Nəticədə 3 Yəmən vətəndaşı həlak olub.
Məlumata görə, Marib şəhərinin cənub-qərbində əl-Cədan Mas düşərgəsi və Vadi əl-Cəfinə bölgəsi hava hücumlarına məruz qalıb. Nəticədə bir neçə mənzilə çoxlu xəsarət dəyib.