Yəmənə hücumlar davam edir və Ədən neftayırma zavodunda yanğın baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195273-yəmənə_hücumlar_davam_edir_və_Ədən_neftayırma_zavodunda_yanğın_baş_verib
Yəmən dairələri ölkənin cənubunda Prezident Sarayının Ərəbistan ordusunun bombardmançıları tərəfindən hücuma məruz qaldığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2015 05:45 Asia/Baku
  • Yəmənə hücumlar davam edir və Ədən neftayırma zavodunda yanğın baş verib
    Yəmənə hücumlar davam edir və Ədən neftayırma zavodunda yanğın baş verib

Yəmən dairələri ölkənin cənubunda Prezident Sarayının Ərəbistan ordusunun bombardmançıları tərəfindən hücuma məruz qaldığını bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, şənbə günü Səudiyyə Ərəbistanının bombardmançı təyyarələri Yəmənin Təiz vilayətində Prezident Sarayına hücum edib və bu binaya ağır xəsarətlər vurublar.
Bu arada Fransa İnformasiya Agentliyi bildirib ki, Ədən vilayətində ağır döyüşlər ardınca, bu bölgənin neftayırma zavodlarının neft anbarlarından biri top atəşi nəticəsində yanıb.
Bu məlumata görə, Ədən neftayırma zavodu xam neft istehsalını dayandırıb. Lakin onun anbarlarında təxminən 1,2 milyon xam neft vardır.
Bu arada əl-Məsirə telekanalı bildirib ki, Yəmən ordusu və xalq müqavimət qüvvələri Ərəbistanın təcavüzkarlıqlarına reaksiyada şənbə günü Nəcran və Cizan sərhəd bölgələrində Ərəbistanın hərbi mövqelərinə onlarla raket atıblar.
Bu məlumata görə, Yəmən ordusu və xalq müqavimət qüvvələrinin Nəcranda Xəbaş hərbi bazasına raket hücumunda, biri zabit olmaqla 4 ərəbistanlı hərbçi öldürülüb.
Əl-Məsirə bildirib: Yəmən qüvvələri həmçinin Nəcranda Səlii komandanlığının bazasını raket atəşinə tutublar. Bu hücumda da Ərəbistan qüvvələrinə ağır xəsarətlər vurulub.
Yəmənin cənubunda yerləşən Ədən vilayətinin səhiyyə mərkəzinin rəhbəri Xızır Ləsurun sözlərinə görə, Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının ötən 3 ayda Yəmənə hücumlarında təxminən 3 min nəfər həlak olub, 11 min nəfər də yaralanıb. Onların əksəriyyəti sivillərdir.
Xızır Ləsur deyib: Ərəbistan və müttəfiqləri Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə 26 martdan bəri bu ölkənin müxtəlif bölgələrini hava hücumlarına məruz qoyur.