İyun 28, 2015 17:56 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyənin Hürriyyət qəzeti ifşa edib ki, bu ölkə prezidenti ordunun Suriyada müdaxilə etməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Türkiyənin Hürriyyət qəzeti ifşa edib ki, bu ölkə hökuməti ordudan terrorçu qruplaşmalarla mübarizə bəhanəsi ilə Suriya ərazisindəki məqsədlərə hücum etmək üçün uzaqmənzilli toplardan istifadə etməsini istəyib.
Bu qəzetin yazdığına görə, Türkiyə ordusu qərargahının rəisi generaj Necdət Özəl baş nazir Əhməd Davudoğlunun imzaladığı hökumətin göstərişinin icrasını təxirə salıb.
Suriyanın şimalında kürd dövlətinin təşkil olunmasına icazə verməyəcəyi barədə Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə yanaşı Hürriyyət qəzeti ifşa edib ki, Türkiyə ordusu Suriya sərhədlərində 12 min qüvvə yerləşdirib və ayrıcı bölgələri yaratmaq üçün müdaxiləyə hazırdır.

Teqlər