Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
İyun 29, 2015 10:30 Asia/Baku
Ərəbistan qırıcıları mübarək Ramazan ayında Yəmən məntəqələrinə qarşı hücumlarını davam etdirirlər.
Səhər kanalının Livanın Əlməyadin telekanalına istinadlı məlumatına görə, Yəmənin təhlükəsizlik mənbələri bildiriblər ki, Ərəbistan qırıcıları bu gün səhər tezdən bir neçə dəfə Yəmənin cənubundakı Əlhəcc vilayətində yerləşən Cəbən məntəqəsi və bu ölkənin şimalında yerləşən Səədə vilayətindəki Razəh və Ələnd məntəqələrini bombalayıblar. Nəticədə bir neçə yəmənli həlak olub və yaralanıb.Yəmənin ordu və xalq komitələri qüvvələri də raketlərlə səudiyyə hərbçilərinin mövqelərini hədəfə alıblar. Nəticədə bir səudiyyə hərbçisi ölüb, bir hərbçi də yaralanıbdır.
Ərəbistan öz müttəfiqləri ilə yanaşı, martın 26-dan bəri Yəmənə qarşı geniş hücumlara başlayıb ki, bu ölkənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarsın və bu ölkə şəhərlərinin təhlükəsizilyini təmin edən yəmənli inqilabçıların qüdrətlənmələrinin qarşısını alsın.
Bu hücumlar nəticəsində indiyədək əksər infrastruktur təchizatlar, xəstəxanalar, məktəblər və mənzillər dağıdılıb və minlərlə yəmənli, o sıradan yüzlərlə qadın və uşaq həlak olub və yaralanıbdır.