Ərəbistan qırıcıları Yəməndə BMT binalarına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195347-Ərəbistan_qırıcıları_yəməndə_bmt_binalarına_hücum_ediblər
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin cənubunda BMT-yə məxsus binalardan birini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2015 05:15 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəməndə BMT binalarına hücum ediblər
    Ərəbistan qırıcıları Yəməndə BMT binalarına hücum ediblər

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin cənubunda BMT-yə məxsus binalardan birini hədəfə alıblar.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, BMT baş katibi sözçüsünün müavini Fərhan Haqq bildirib: Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin cənubunda yerləşən Ədəndə BMT-nin İnkişaf Proqramının ofisinə hücumunda bir nəfər yaralanıb.
Fərhan Haqqın sözlərinəg örə, BMT-nin İnkişaf Proqramının ofisinə ağır xəsarətlər dəyib.
BMT baş katibi sözçüsünün müavini Ərəbistanın BMT-nin İnkişaf Proqramının Yəəndəki ofisinə hücumu barədə araşdırmanın aparılmasını istəyib.
Fərhan Haqq həmçinin Yəmən böhranının dərhal həll edilməsinin vacibliyini vurğulayıb.
BMT-nin son hesabatına görə, Ərəbistanın Yəmən ərazisinə hücumları nəticəsində indiyə qədər 2600 yəmənli həlak olub və 11 min insan yaralanıb.