Əl-Anbarda əl-Cəbbə bölgəsi İŞİD-dən azad olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195362-Əl_anbarda_əl_cəbbə_bölgəsi_İŞİd_dən_azad_olunub
İraqın əl-Anbar vilayətinin əl-Cəbbə bölgəsi İŞİD terrorçularının işğalından azad edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2015 11:05 Asia/Baku
  • Əl-Anbarda əl-Cəbbə bölgəsi İŞİD-dən azad olunub
    Əl-Anbarda əl-Cəbbə bölgəsi İŞİD-dən azad olunub

İraqın əl-Anbar vilayətinin əl-Cəbbə bölgəsi İŞİD terrorçularının işğalından azad edilib.

Səhər Beynəlxalq Televiziyasının əl-Süməriyyə xəbər portalına istinadla verdiyi məluamta görə, İraqın əl-Anbar vilayətində əl-Bağdadi şəhəri komandanı Naci Ərak bu gün bildirib: Bu şəhərin şimalında əl-Cəbbə məntəqəsi İŞİD-in işğalından azad olunub və ordu və köçəri qüvvələri bu bölgəyə tam nəzarət edirlər.
Əl-Bağdadi komandanı əlavə edib: Əl-Cəbbənin azad olunması əməliyyatında onlarla İŞİD terrorçusu öldürülüb və yaralanıb. Qalan terrorçular bu bölgədən geri çəkiliblər.
Həmçinin İraqın Hizbullah Batalyonlarının sözçüsü Cəfər əl-Hüseyni deyib: Bu batalyonların mühəndis bölmələri bu gün İŞİD terrorçularının azad olunan Bici şəhərinə 3 bomba quraşdırılmış avtomobillə hücumunu zərərsizləşdiriblər.
İraq təhlükəsizlik və xalq qüvvələri bazar ertəsi günü Bici şəhərini tam şəkildə azad ediblər.