İyun 30, 2015 15:36 Asia/Baku
  • Yəməndə 5 əl-Qaidə başçısı öldürülüb
    Yəməndə 5 əl-Qaidə başçısı öldürülüb

Yəmən ordusu və xalq qüvvələri 5 əl-Qaidə başçısını öldürülüblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmən Press xəbər portalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri bu ölkənin cənub vilayətlərində əl-Qaidə terrorçuları ilə döyüşdə bu terror qruplaşmasının 5 təhlükəli başçısını öldürüblər.
Bu terrorçular Ədən və Ləhic vilayətlərində öldürülüblər.
bu arada Yəmən ordusu qüvvələri əl-Qaidə ünsürlərinin Ləhic vilayətindən Ədən vilayətinin Ber Əhməd bölgəsinə doğru irəliləmərinin qarşısını alıblar.
Ordu və xalq qüvvələri həmçinin son iki həftədə 3-cü dəfə olaraq əl-Qaidə terrorçuları və Ərəbistan muzdlularının Beynəlxalq Ədən Aeroportunu işğal etmək cəhdlərini zərərsizləşdiriblər.
Ərəbistanın təcavüzkar qırıcı təyyarələri terrorçulara kömək etmək üçün Ədn vilayətinin müxtəlif bölgələrini bombardman edirlər.

Teqlər