Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumlarında onlarla nəfər həlak olub
İyul 01, 2015 05:11 Asia/Baku
-
Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumlarında onlarla nəfər həlak olub
Ərəbistan qırıcıları Yəmənə təcavüzlərinin davamında bu ölkənin bir neçə vilayətini bombalayıblar ki, nəticədə onlarla nəfər ölüb və yaralanıb.
Yəmənin SƏBA rəsmi xəbər agentliyinin məlumatına görə, bir yəmənli təhlükəsizlik mənbəyi deyib ki, Ali-Səudun təcavüzkar qırıcıları Umran vilayətindəki "Hərf Səfyan" və Əlqəfələ şəhərlərini bir neçə dəfə bombalayıblar.O, qeyd edib: Təəz vilayətindəki Əlxuban məntəqəsində yerləşən yaşayış massivlərinin bombalanmasında bir ailənin dörd üzvü həlak olub.
Bu yəmənli rəsmi əlavə edib ki, Ali-Səudun təcavüzkar qırıcıları həmçinin Ləhəc vilayətinin Əlhusəyni məntəqəsindəki Xəddad kəndini bombardman ediblər ki, nəticədə üç nəfər həlak olub. Ölənlər arasında bir qadın və bir uşaq nəzərə çarpır. Bu hücum nəticəsində bir neçə nəfər də yaralanıbdır. Belə bir halda, Ali-Səudun təcavüzkar qırıcıları dünən 12 nəfərlik bir ailəni də Marəb vilayətinin Şərvah şəhərində qətli-am ediblər.
Digər tərəfdən, "Human Rights Watch" təşkilatı dünən Yəmənin Səədə məntəqəsində müliklərin qırğını haqda təhqiqatın aparılmasını istəyib.
Bu təşkilatın bildirdiyinə görə, həmin hücumlar zamanı bir neçə yaşayış və ticarət binası, eləcə də bir məktəb dağılıbdır.
Teqlər