Səudiyyə raket bazasına Skad atəşi
İyul 01, 2015 13:16 Asia/Baku
-
Səudiyyə raket bazasına Skad atəşi
Yəmən ordusunun zabitləri bu ölkənin ikinci Skad raketinin səudiyyəlilərin Ərriyad vilayətindəki ən mühüm hərbi bazasına atılmasına toxunaraq, deyiblər ki, Skad raketləri modernləşdirilib və hazırda bu raketlər səudiyyəlilərin dərkində aciz olduqları hədəflərə dəyə bilər.
Əlməsirə telekanalının məlumatına görə, Əlsiyani ikinci Skad raketinin "Əssəyyil" ballistik raketlər bazasına atılmasına toxunaraq, deyib: Ordu bütün bunlarla şər işlər paytaxtına möhkəm bir mesaj verə bildi. Yəmən ordusu bu bazaya raket atmaqla göstərdi ki, ixtiyarında gözlənilməz seçimlər çoxdur. Ordunun və Yəmən xalq komitələrinin Skad raketinin Ərəbistanın Ərriyad vilayətindəki "Əssəyyil" ballistik raketlər bazasına atılması bir neçə cəhətdən qəfil mahiyyətli olubdur ki, onun Ərəbistan ərazisi daxilindəki hədəfinə dəqiq dəymək üzrə qüdrəti bu qəbildəndir."Əssəyyil" bazası Ərəbistanın ilk ballistik raketlər bazası sayılaraq, çoxlu sayda uzaq və orta mənzilli ballistik raketlər sisteminə malikdir.
İki səudiyyəli baş zabit və bir qrup ərəb və qeyri-ərəb zabit Yəmənin ordusu və xalq komitələrinin Skad raketinin Ərəbistanın Ərriyad vilayətindəki "Əssəyyil" ballistik raketlər bazasına atılmasından sonra itkin düşübdür ki, bu bazanın komandanı onların arasındadır.
Bu məlumata görə, Yəmənin Təiz, Səədə, Həccə, Ləhəcc, Əlbiyza və Umran vilayətləri dünən və bu gün səhər səudiyyə qırıcılarının hücumlarına məruz qalıblar və bu hücumlarda 14 nəfər şəhid olub, bir qrup da yaralanıbdır.
Marəb vilayətində də səudiyyəlilərin bazarertəsigünkü cinayətlərinin yeni miqyasları ifşa olunub. Bu cinayətdə bir ailənin on üzvü şəhid olub.
Teqlər